Qadin.NET / WhatsApp-da təhlükə

WhatsApp-da təhlükə

 

Dünyanın ən məşhur pulsuz mesajlaşma şəbəkəsi “WhatsApp” frıldaqçıların yeni adresi olub. 

Anspress-in məlumatına görə, internetdə yaradılan yeni proqramlar yolu ilə fərqli telefon nömrələri ilə yeni saxta “WhatsApp” hesabı yaratmaq mümkündür. Həmin hesabla pulsuz mesalar göndərilir. Yeni “WhatsApp” hesabları istənilən şəxsin adı ilə yaradıla bilər. Həmin saxta hesablardan istifadə edən işbazlar isə müxtəlif reklam və satışlar həyata keçirilər. 
“WhatsApp”da müxtəlif nömrələrlə mesaj yazmaq üçün “aldatma” mexanizmi tətbiq olunur. Bunun üçün Windows əməliyyat sisteminə sahib olan kompüterlərə “Bluestack App Player” adlı bir proqram yükləmək kifayətdir. Bu proqram yükləndikdən sonra istənilən saxta bir nömrə ilə “WhatsApp” hesabı yaradılır. Bu proqram vasitəsi ilə istənilən formada saxta telefon nömrəsi də yaratmağın mümkün olduğu bildirilir. 

Mənbə: Milli.Az

 

4 avqust 2014
GO BACK