Qadin.NET / Atəş altında olan Qapanlıdan xəbər var

Atəş altında olan Qapanlıdan xəbər var

 

Tərtərin Qapanlı kəndində sakinlərin köçürülməsi barəsində mətbuatda yayılan məlumatlar öz təsdiqini tapmayıb. 
Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən gecə cəbhənin Tərtər və Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri 20 dəqiqəyə yaxın atəşə tutulub. Qapanlı sakinləri isə heç yerə köçürülməyiblər. Kəndin ermənilərlə daha yaxın olan hissəsində yaşayan insanlar da öz evlərindən köçürülməyiblər:
“Qapanlı kəndində sakinlərin köçürülməsi xəbərləri yalandır. Ötən gecə Tərtərin Qapanlı, Ağadamın Təzəkənd, Mirəsirli, Çıraqlı kəndlərində olmuşuq. Heç bir köçürülmədən söhbət belə gedə bilməz. İnsanlar öz evlərindədirlər. Atışma gedən zaman onlar öz həyətlərindən atışmaya baxırdılar. Hazırda hər kəs öz işi ilə məğul olur”.
Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində cəbhə xəttinə yaxın yerləşən kəndlərimizdən insanların köçülüməsi barədə xəbərlər yayılıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirliblər ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 190 dəfə pozulub.

Mənbə: Milli.Az

 

3 avqust 2014
GO BACK