Bu gecə saat 02:00-dan Ermənistan Silahlı Qüvvələri cəbhənin Qazax, Tərtər və Ağdam istiqamətində yenidən kəndləri intensiv atəşə tutmağa başlayıb.Milli.Az Publika Az-a istinadən bildirir ki, getdikcə atəş intensivləşir. Xüsusi ilə Ağdam istiqamətində düşmən ordusu iriçaplı silahlardan istifadə edir.Qazaxın Aslanbəyli və Məzəm kəndləri atəşə tutulur. Hazırda Məzəmə giriş məhdudlaşıb.Buna baxmayaraq kənd sakinləri öz evlərini tərk etmir. Sakinlərin evlərini tərk etməsi xəbərləri şayiədir.
Mənbə: Milli.Az