Qadin.NET / Qan analizinin daha bir sirri

Qan analizinin daha bir sirri

 

Qan analizinin daha bir sirri

Qanın ümumi analizi nəticəsində müəyyən etmək olar ki, insan öz həyatına qəsd etməyə nə dərəcədə meyllidir.
ANS PRESS-in məlumatına görə, bu nəticəyə ABŞ-ın Baltimor şəhərində yerləşən Cons Hopkins Universitetinin tibbi-tədqiqatlar mərkəzinin əməkdaşları gəlirlər. Amerikalı mütəxəssislərin tədqiqatlarının nəticələri “Vashington Post” qəzetində dərc olunub.
Alimlər tədqiqatlar zamanı insan qanında genetik indikator (SKA2) tapıblar və bu nəticəyə gəliblər ki, onun köməyi ilə stressə davamlılığı və intihara meylliliyi təyin etmək olar. Özünü öldürənlərin, həmçinin buna cəhd göstərənlərin beyinlərinin analizi göstərib ki, onlarda SKA2 geninin fəallığı aşağıdır. Daha sonra isə aydınlaşıb ki, həmin insanlarda bu gen mutasiya olunur. Mutasiya nə qədər güclüdürsə, insanın özünə qəsd ehtimalı da bir o qədər yüksəkdir.
Yeni metodikanın sınaqları zamanı alimlər 325 amerikalını müayinə ediblər. Tədqiqatların gedişində 80 faiz dəqiqliklə müəyyən olunub ki, kim intihara cəhd göstərib, yaxud bu haqda düşünüb.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 1,5 milyon insan özünü öldürür. Təxminən 20 milyon insan isə intihara cəhd göstərir. İntiharların sayına görə birinci yeri Çin (ildə 300 min nəfər), ikinci yeri Hindistan (160 min nəfər), üçüncü yeri isə ABŞ (37 min nəfər) tutur.

Mənbə: ANS PRESS
3 avqust 2014
GO BACK