Qadin.NET / 15-17 yaşlı analar 3 min uşaq dünyaya gətirib

15-17 yaşlı analar 3 min uşaq dünyaya gətirib

 

15-17 yaşlı analar 3 min uşaq dünyaya gətirib

Azərbaycanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən il ölkədə 2 855 uşaq 15-17 yaşlı analar tərəfindən dünyaya gəlib. Onlardan 889-u şəhərlərdə, 1 966-sı isə kənd yerlərində doğulub. 
15-17 yaşlı analar tərəfindən dünyaya gələn uşaqların sayı diri doğulanların ümumi sayına nisbətən 1.7% təşkil edib. 
Ölkədə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ötən il 25 069 nəfə olub. Onlardan 10 892-si şəhər yerlərində, 14 177-si kənd yerlərində dünyaya gəlib. Rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı diri doğulanların ümumi sayına nisbətən 14.5% təşkil edib.

Mənbə: ANS PRESS

 

3 avqust 2014
GO BACK