"Düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxarsın".
APA-nın “Novosti Armenii” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin jurnalistlərə açıqlamasında deyib.Rusiyanın cəbhə bölgəsində baş verənlərdən narahatlıq keçirdiyini deyən diplomat problemin güc yolu ilə həllinin yolverilməz olduğunu bildirib.
“Tezliklə atəşkəsə nail olmaq və tərəflərin danışıqlar masasına əyləşməsi lazımdır. Problem yalnız sülh yolu ilə həll olunmalıdır”, - deyə o vurğulayıb.
Mənbə: Milli.Az