"Azərbaycanda "Özəl detektivlər haqqında" qanun layihəsi mənə məlum deyil, bu səbəbdən də heç nə deyə bilmərəm. Mən özəl detektivə müraciət etməkdə bir anlam görmürəm. Bu səbəbdən də özəl detektivə müraciət etməyi vətəndaşlara məsləhət görmürəm".
Milli.Az xəbər verir ki, bu sözləri "Exo" qəzetinə açıqlamasında millət vəkiliİlyas İsmayılov bildirib.
Maraqlıdır ki, ötən il Milli Məclisdə "Özəl detektivlər haqqında" qanun layihəsinin müzakirəyə çıxması baradə məlumat yayılmışdı. Layihə ABŞ və Avropa təcrübəsi əsasında hüquqşünas millət vəkilləri tərəfindən hazırlanmışdı.
Hüquqşünas Elçin Qəmbərovun sözlərinə görə, özəl detektiv məsələsi artıq 10 ildir ki, ölkəmizdə müzakirə olunur. Zaman-zaman da cəmiyyətdə bu məsələ qaldırılır.
Hüquqşunas özəl detekvitlərin olmasını faydalı hesab edir.