Qadin.NET / Facebook çökdü

Facebook çökdü

 

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, bu gün saat 21:00 radələrində Facebook sosial şəbəkəsində problem yaranıb. Birdən-birə fəaliyyətini dayandıran sosial şəbəkənin keçidlərində “error” yazılıb və istifadə mümkünsüzləşib. Hələlik problemin nədən qaynaqlandığı barədə məlumat yoxdur.
Bu hal təkcə Azərbaycanda deyil, bütün dünyada yaşanır. Xarici serverlərdən saytların açılıb-açılmadığını yoxlamaq üçün fəaliyyət göstərən onlayn xidmətlər də Facebook-un dünya boyunca dayandığını göstərir.
Təxminən axşam saat 21:20 radələrində Facebook işini bərpa etsə də, dünyanın bəzi ölkələrində problemlər qalmaqdadır.
Mənbə: Milli.Az

 

3 avqust 2014
GO BACK