Son günlər bütün diqqət Qəzzaya, bu kiçik ərazidə vəhşi İsrailin qanlı cinayətlərinə yönəlib. Həmçinin İŞİD terrorçularının Suriya və İraqda törətdikləri barbarlıqlar da dünya tərəfindən həyəcanla izlənilir.
Bir müsəlman olaraq həm israillilərin, həm də İŞİD-in qurbanlarının halına acıyır, onlara ağlayırıq. Lakin bununla belə, vətənimizdə dünən baş verən faciə bir anın içində kədər vərəqəmizdə ön plana çıxdı.
Bir gecədə cəbhə xəttində 9 şəhid verdik. İndi 20 faiz torpaq itkisi yükü üzərinə daha 9 gəncin qanı da gəldi. Səbir kasamız bir qədər də doldu. Ermənilər bir daha xatırlatdılar: heç bir danışıqlar fayda verməyəcək. Bu vəhşi tayfa torpaqlarımızdan öz xoşu ilə getməyəcək. Bunu unutmamalıyıq. Şəhidlərimiz də. Hər bir azərbaycanlı işğal olunmuş ərazilərin azad edilməsi üçün əlindən gələni etməlidir. O cümlədən, canından keçməyə də hazır olmalıdır.
Allah şəhidlərə rəhmət eləsin!
Mənbə: Milli.Az