Qadin.NET / İsveçrə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırıla bilər

İsveçrə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırıla bilər

 

"İsveçrə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırıla bilər". Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, İsveçrə ilə Azərbaycan arasında viza rejimi və readmissiya haqqında danışıqlar başa çatıb: "Ümidvarıq ki, yaxın gələcəkdə bu sənədlər imzalanacaq və ratifikasiya olunacaq".
M.Məmmədquliyev bildirib ki, bu proses başa çatdıqdan sonra diplomatik və xidməti pasport sahibləri vizasız gedib-gələcək, adi vətəndaşlar üçün isə viza sənədlərinin sayı və viza rüsumunun məbləği azaldılacaq: "Gələcəkdə isə ümumiyyətlə, vizaların aradan qaldırılması məsələsi üzrə də razılığa gələ bilərik".
Nazir müavini əlavə edib ki, hazırda 240 azərbaycanlı tələbə İsveçrə universitetlərində təhsil alır: "Onların da 70-i dövlət proqramı çərçivəsində təhsil alır".
Mənbə: Milli.Az

 

3 avqust 2014
GO BACK