Azərbaycanda erkən nikahların sayı ildən-ilə azalır. 2011-ci ildə 18 yaşa qədər 5138 qız erkən nikaha giribsə, 2012-ci ildə bu rəqəm 595, 2013-cü ildə isə 295 fakt təşkil edib. Həmin illərdə isə nikah bağlayanlar arasında yaşı 35-dən çox olanlar üstünlük təşkil edib.
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, 2011-ci ildə ölkədə bağlanmış ümumi nikahların 5680-də, 2012-ci ildə 5545-də, 2013-cü ildə 6311-də qadınların yaşı 35 və daha yuxarı olub. Şəkidə isə nikaha daxil olanlar arasında yaş hədinin artması müşahidə olunmur.
Son illər müşahidə olunan isə erkən nikah hallarının azalmasıdır. Yaş fərqinin böyük olması və ya erkən nikahlar ailələrin dağılmasına gətirib çıxaran amillər sırasındadır. 2012-ci ildə Şəkidə 1471 nikah 176 boşanma faktı qeydə alınıbsa, 2013-cü ildə 1619 nikah 184 boşanma hadisəsi baş verib.

Qızın oğlandan böyük olması faktına da az-az rast gəlinir. Məşhur mahnıda deyildiyi kimi yaşın heç bir fərqi yoxdu təki könüllər bir olsun. Yetər ki, sağlam düşüncə və iradəyə sahib olsunlar.
Mənbə: Milli.Az