Qadin.NET / Yalan danışmayın, çünki...

Yalan danışmayın, çünki...

 

"Xeyirxah yalan" insana çox baha başa gəlir

Oksford Universitetinin araşdırmaçıları bu qənaətə gəliblər ki, "xeyirxah yalan"dan istifadə edən insanlar daha möhkəm sosial münasibətlər qura bilsələr də, bunun nəticəsi ağır olur.
Anspress-in məlumatına görə, "xeyirxah yalan" münaqişələrdən qaçmağa və saxta birlik hissləri yaratmağa kömək edir, insanlar arasında fərqliliyi aradan götürür.
Amma yalan harmoniya insana çox baha başa gəlir. İnsan müvəqqəti olaraq öz hiss və emosiyalarını boğur, bununla yanaşı isə narazılıqlar yığılır. Onlar yalan danışmağı dayandırmağa cəhd etdikdə, tərəf müqabilləri sevgililərinin niyə bu dərəcədə dəyişdiklərini başa düşmürlər. Bu halda, münasibətləri xilas etməyin yeganə yolu növbəti yalandır.
Psixoloq Robin Danbar "xeyirxah yalan"ın, həqiqətə,n daha möhkəm əlaqə yaratdığını deyir. Lakin tərəf müqabili bütün bunların yalan olduğunu anlayanda hesablaşma zamanı gəlir.
Yalan danışmağa başladıqda praktiki olaraq dayanmaq mümkün deyil. Çoxları üçün belə davranış həyat tərzinə çevrilir. Bu da acınacaqlı nəticələrə gətirib çıxarır. İnsan vicdan əzabını boğmaq ümidilə idmandan və dindən, hətta alkoqol və narkotikdən asılı vəziyyətə düşə bilər. 

Mənbə: Milli.Az
3 avqust 2014
GO BACK