Qadin.NET / Yunuslara qarşı ittiham irəli sürüldü

Yunuslara qarşı ittiham irəli sürüldü

 

Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı ittiham elan olunub
Milli.Az xəbər verir ki, bu barədə APA-ya vəkil Cavad Cavadov məlumat verib.
Onun sözlərinə görə, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilirlər.Vəkil qeyd edib ki, istintaq Arif Yunusdan başqa yerə getməməklə bağlı iltizam alıb.Leyla Yunus isə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb.
Mənbə: Milli.Az

 

31 iyul 2014
GO BACK