İsrail Hərbi Hava Qüvvələri Qəzzanın qərbindəki Şati qaçqın düşərgəsindəki "Əs Süvəsi" məscidini bombalayıb.Milli.Az İslam.Az-a istinadən bildirir ki, İsrail raketləri məscidə 3 raket zərbəsi endiriblər. Nəticədə ibadətgah yerlə-yeksan olub, ətrafdakı evlərə ciddi ziyan dəyib.Qeyd olunur ki, bu, iyulun 7-dən İsrailin bombaladığı sayca 74-cü məsciddir. Onlardan 20-si tamamilə dağıdılıb.
Mənbə: Milli.Az