Qadin.NET / Moskva od tutub yanır

Moskva od tutub yanır

 

Bu gün Moskvada ən yüksək, "qırmızı" istilik təhlükəsi elan olunub. Milli.Az İnterfaks-a istinadən bildirir ki, bu barədə Moskva şəhərinin ekoloji monitorinq idarəsinin məlumatında deyilir. 

Havanın temperaturu normadan çox yüksəkdir. Ekoloqlar bu havada diqqətli olmağı, çoxlu su içməyi və birbaşa günəş şüasından yayınmağı, mümkün qədər qapalı məkanda, kondisioner olan yerlərdə qalmağı tövsiyyə edirlər. Açıq rəngli geyimlərdən istifadə etmək, çölə çıxarkən papaq taxmağı unutmamaq məsləhət bilinib. Həkimlər isə idmanla məşğul olmağı günün sərin saatlarına keçirməyi məsləhət edirlər. 

Mənbə: Milli.Az

 

30 iyul 2014
GO BACK