Qadin.NET / Kitab yarmarkasına tələsin

Kitab yarmarkasına tələsin

 

Kitab yarmarkasına tələsin

Artıq bir neçə gün olar ki, kitab yarmarkası keçirilir.
ANS TV-nin məlumatına görə, bu yarmarkanını keçirilməsində məqsəd kitabları insanlara tanıtmaq və kitaba olan marağını artırmaqdır. 
Yarmarkada Azərbaycan, rus və türk yazıçılarının əsərləri satışa çıxarılıb. Satışda hər cür kitablara rast gəlmək mümkündür. Həmçinin uşaqlar üçün nağıl kitabları da yer almaqdadır. Kitablar 20 faiz endirimlə satılır. 1 AZN-dən tutmuş 20 AZN-ə qədər kitablara rast gəlmək olar. Artıq 2 ildir ki, belə yarmarkaların keçirildiyini deyən satıcılar, əhali arasında bu kitablara marağın yüksək olduğunu deyirlər.
Kitab yarmarkalarının təşkili təkcə satıcıların deyil, elə alıcıların da ürəyincədir. Onlar bu yarmarkalardan istədikləri kitabı tapdıqlarını deyirlər.
Yarmarka hər gün səhər saat 9-dan axşam saat 10-a qədər davam edir. Kitab almaq istəyənlər isə elə günü bu gündən yarmarkalara gedə bilərlər. Son satış günü isə sabah axşam saat 10-a qədər olacaq.

Mənbə: ANS PRESS

 

30 iyul 2014
GO BACK