Qadin.NET / Putinin müsəlmanlara təbriki

Putinin müsəlmanlara təbriki

 

Putinin müsəlmanlara təbriki

Rusiya Federasiyasının prezidenti Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.
ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edərkən, müsəlmanların gələcək nəslin tərbiyyəsinə, xeyriyyəçilik və maarifçiliyə verdiyi tövhələri xüsusi olaraq vurğulayıb.
“Rusiyanın müsəlman icması ölkənin həyatında fəal şəkildə iştirak edir, dinlərarası dialoqun inkişafına, gələcək nəslin tərbiyyəsinə, xeyriyyəçilik və maarifçiliyə, eləcə də zəngin milli mədəni və mənəvi irsinin qorunub-saxlanmasına mühüm tövhə verir”, - deyə prezidentin təbrik müraciətində bildirilir.Qeyd edək ki, Rusiya ərazisində 18 milyondan çox müsəlman yaşayır.

Mənbə: Milli.Az

 

30 iyul 2014
GO BACK