İnsanları artıq çəkidən azad etmək üçün probiotik axtarışı davam edir. Bu gün alimlər əmindirlər ki, insan orqanizminin özündə yaşayan bakteriyalar vasitəsilə artıq çəkidən qurtulmaq mümkündür.
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Vanderbilt Universitetində professor Şon Devisin rəhbərlik etdiyi alimlər qrupu artıq çəki ilə mübarizə üçün orqanizmdəki bakteriyaların sayının nizamlanmasını təklif edirlər.
Alimlər qrupunun tədqiqatları laboratoriya siçanları üzərində aparılıb. Məlum olub ki, bu heyvanların orqanizmlərində çəki artımını dayandıran bakteriyalar yaşayır. Ancaq laboratoriya siçanları üzərində aparılmış araşdırmanın insanlara köçürülməsi kifayət qədər çətin prosesdir."Mahiyyət etibarilə, biz heyvanlarda çəki artımının qarşısını ala bilmişik. Hətta yağlı qidalar qəbul etdikdə belə, artıq çəki yığmırlar. Bu öz-özlüyündə kökəlmə əleyhinə dərman hazırlamaq üçün ciddi addımdır", - professor Şon Devis qeyd edib.
İndi alimlər insanlarda piylənmənin qarşısını almaq üçün həmin metodologiyanı təkmilləşdirəcəklər.

Mənbə: Milli.Az