Müqəddəs Ramazan bayramı bu il bir çox ölkədə 29 iyulda keçirilir. Lakin bəzi ölkələr bu bayramın vaxtını dəqiq müəyyən edə bilmədiklərindən bayramı bir neçə gün qeyd edir. Bu səbəbdən də İslama xoş gəlməyən ikitirəliklər yaranır. Bunun nəticəsi olaraq dövlətlər 2 və hətta 3 gün Ramazan bayramı keçirirlər. Şükür Allaha ki, Azərbaycanda güclü tolerant və mültikulturalizmin əsaslarına arxalanan bir dövlət var və burada bütün İslam əhli, müsəlmanlar Ramazan sonunu eyni gündə bayram edir. ANS PRESS-in timeanddate.com-a istinadən verdiyi məlumata görə, Ramazan bayramını 29 İyul təntənəli keçirən ölkələr bunlardır: Azərbaycan, Misir, Filippin, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Bosniya və Herseqovinya, Iran, Mərakeş, Malaziya, Nigeriya, Avstraliya, Malaş, Kanada, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Rusiya və İndoneziya.Eyni zamanda bu gün, yəni 28 iyulda bayram edən ölkələr bunlardır:
Birləşmiş Ərəb Əmirliyi, Albaniya, Misir, Efiopiya, Makedoniya, Malayziya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Ermənistan, Rusiya.