İsrail yenidən aviazərbələrə başladı
İsrail ordusu bu gün Qəzza zolağına 3 aviazərbə endirdiyini açıqlayıb. ANS PRESS-in məlumatına görə, aviazərbələrinin hədəfinin İsrail tərəfə raket atan "HƏMAS" döyüşçüləri və onların infrastrukturu olduğu bildirilir. İddiaya görə, aviazərbələr bu səhər "HƏMAS"ın atdığı iki raketə cavab olaraq həyata keçirilib. Yeni aviazərbələr müqəddəs Ramazan bayramı ərəfəsində nisbi sakitliyi yenidən pozub. Bundan əvvəl Qəzza zolağında İsrail ordusu ilə "HƏMAS" hərəkatı arasında 12 saatlıq atəşkəs elan edilmişdi. Növbəti 24-saatlıq atəşkəsə "HƏMAS" razılıq versə də, İsrail ordusu bununla razılaşmayıb.İyulun 8-də əməliyyatlar başlanandan İsrail ordusu 43 nəfər itki verib, Qəzza zolağında ölən fələstinlilərin sayı isə 1060-ı ötüb.
Mənbə: ANS PRESS
28 iyul 2014
GO BACK