Qadin.NET / Bayram gününün hava proqnozu

Bayram gününün hava proqnozu

Bayram gününün hava proqnozu
Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək.ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, iyulun 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 21-24, gündüz 29-34 dərəcə isti olacaq.Azərbaycan rayonlarında sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Mənbə: ANS PRESS
28 iyul 2014
GO BACK