Qadin.NET / Ramazan bayramını kimlər nə vaxt qeyd edirlər?

Ramazan bayramını kimlər nə vaxt qeyd edirlər?

 

Azərbaycan bayramı 29 iyulda təntənəli şəkildə keçirəcək
Müqəddəs Ramazan bayramı bu il bir çox ölkədə 29 iyulda keçirilir. Lakin bəzi ölkələr bu bayramın vaxtını dəqiq müəyyən edə bilmədiklərindən bayramı bir neçə gün qeyd edir. Bu səbəbdən də İslama xoş gəlməyən ikitirəliklər yaranır. Bunun nəticəsi olaraq dövlətlər 2 və hətta 3 gün Ramazan bayramı keçirirlər. 
Anspress-in timeanddate.com-a istinadən verdiyi məlumata görə, Ramazan bayramını 29 iyulda təntənəli keçirən ölkələr: Azərbaycan, Misir, Filippin, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Bosniya və Hersegovinya, İran, Morokko, Malayziya, Nigeriya, Avstraliya, Kanada, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Rusiya və İndoneziya.
Mənbə: Milli.Az

 

29 iyul 2014
GO BACK