Qadin.NET / 29 iyul Ramazan bayramıdır

29 iyul Ramazan bayramıdır

29 iyul Ramazan bayramıdır
Bu gün Azərbaycanda və bütün dünyada müsəlmənlər son gün Oruc tutullar və bu günün axşamını Bayram Axşamı kimi tətil edir. Sabah isə, İyul Ayının 29-u Azərbaycanda və bütün İslam aləmində Böyük Bayramdı - Ramazan Bayramı!Məhs sabah 29 iyul Bayram namazından sonra müsəlmanlar yeni aya keçirlər və onların oruc və niyyətləri qəbul olunur.

Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Bu gecə "leylətül-qədr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür" (97:1-5).
Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Quranda yazılır: "Yeyin, için, qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun" (2:187).
Orucluq İslamdan əvvəl də mövcud idi. Hələ qədim ərəblər öz "allahları" rizasına oruc tuturdular. Bu barədə Quranda deyilir: "Sizlərə oruc tutmaq buyurulduğu kimi, sizdən əvvəlkilərə də buyurulmuşdur".
Orucluq pəhrizi qurtarmaq - "id əl-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır.
Fürsətdən istifadə edib ANS PRESS kollektivi adından 29 iyul Ramazan bayramı münasibətilə bütün dünya müsəlmanlarını təbrik edirik!

Mənbə: ANS PRESS

28 iyul 2014
GO BACK