Malayziya təyarəsinin Ukrayna səmasında vurulmasından sonra ABŞ-ın Ermənistandakı səfirliyi xüsusi bəyanatla çıxış edib. ANS PRESS-in məlumatına görə, bəyanatda bildirilir ki, Ermənistan səmasında təyyarə uçuşları təhlükəlidir. Səfirlik bildirib ki,Ermənistanda yaşayan və bu ölkəyə gəlmək istəyən ABŞ vətəndaşları Dövlət Departamentinin STEP proqramında qeydiyyata dəvət edilib.
Proqramda qeydiyyatdan keçirilmiş ABŞ vətəndaşları Dövlət Departamentindən təhlükəsizlik zəmanəti qazanmış olurlar.
Yəqin ki, Amerika səfirliyi Ermənistan silahlı qüvvələrinin 17 mart 1994-cü il tarixdə Qarabağ üzərində uçan İran sərnişin təyyarəsinin vurulmasını xatırlayıb. Həmin hadisə nəticəsində İranın Moskvadakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri həlak olmuşdu. Hadisə zamanı bütövlükdə 19 nəfər dünyasını dəyişmişdi.
Mənbə: ANS PRESS