Qadin.NET / Qəzzada atəşkəs pozuldu

Qəzzada atəşkəs pozuldu

 

Qəzzada atəşkəs pozuldu

Ötən gün Müqəddəs Qüds günündə bütün müsəlman dünyasının fələstinlilərin faciəsinə şərik çıxdığı Qəzzada bu gün İsrail ordusu ilə "HƏMAS" qruplaşması arasında 12 saatlıq humanitar atəşkəs elan edilib. 
ANS PRESS-in məlumatın agörə, atəşkəs elan olunandan sonra Qəzza şəhərinin sakinləri bu fürsətdən istifadə edərək, mağazalara və banklara axışıblar. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri 3 həftəlik atəşkəsin elan edilməsinə nail ola bilməsə də Qəzza zolağı sakinləri buna da şükr edirlər. 
Atəşkəsin daha uzunmüddətli olmasını arzu edən Qəzza sakinləri 12 saat ərzində növbəti günlər üçün ərzaq ehtiyatı əldə etməyə çalışır. 
İsrail ordusu humanitar atəşkəsin bu gün yerli vaxtla saat 8-də başladığını elan edib. Təxminən 40-45 dəqiqədən sonra atəşkəsin müddəti başa çatır. Bundan sonra nə baş verəcək? Bütün dünya həyəcanla hadisələrin bundan sonrakı inkişafını həyəcanla gözləyir.
Son anda alınan məlumata görə, Qəzza zolağından İsrail tərəfə 5-6 raket atılıb. Bu haqda informasiyanı saytın qaynar xəttinə İsraildə yaşayan azərbaycanlı zəng edib. O qeyd edir ki, İsrail tərəfdən cavab atəşi açılmayıb. Hadisələrin sonrakı inkişafı barədə əlavə məlumat veriləcək.

Mənbə: ANS PRESS

 

27 iyul 2014
GO BACK