Qadin.NET / "Facebook" istifadəçilərinin sayı 1 milyarda çatıb

"Facebook" istifadəçilərinin sayı 1 milyarda çatıb

 

"Facebook" istifadəçilərinin sayı 1 milyarda çatıb

"Facebook" günbəgün istifadəçi sayını artırmaqda davam edir.
ANS PRESS-in məlumatına görə, sosial şəbəkənin auditoriyası son üç ayda 40 milyon nəfər genişlənib. Sosial şəbəkəyə müntəzəm olaraq 1,32 milyard istifadəçi daxil olur.
Qeyd edək ki, son rüblərdə Facebook auditoriyasının artımında xüsusi dəyişiklik müşahidə olunmayıb. Əvvəlki rübdə sosial şəbəkəyə 50 milyon adam, bundan əvvəl daha 40 milyon adam qoşulub. Əvəzində sosial şəbəkənin mobil əlavələrindən istifadə göstəriciləri xeyli artıb. Cari il iyun ayının məlumatına görə, burada auditoriyanın sayı son ildə 41 faiz artaraq, 654 milyon istifadəçiyə çatıb.
Müəyyən olunub ki, hər gün Facebooka təqribən 829 milyon istifadəçi daxil olur. Bu isə o deməkdir ki, fəal auditoriya 19 faiz artıb.

Mənbə: ANS PRESS

 

26 iyul 2014
GO BACK