Milli.Az 1937.az-a istinadən Merlin Manronun aforizmlərini təqdim edir
Bir qadını təhqir etmək yalnız alçaldılmış bir kişinin taleyi ola bilər.
Tərk etdiyiniz yerə bir də qayıtmayın. Nə qədər sizə yalvarsalar da, nə qədər qayıtmaq istəsəniz də, qayıtmayın. Dağın birini artıq fəth etmisiniz, ikincisinə keçin.
Mən yalnız kişilərin idarə etdiyi bir dünyada yaşamağa razıyam, təki bu dünyada qadın olum.
Tənha olmaq kimləsə bədbəxt olmaqdan daha yaxşıdır.
Biz qadınların yalnız iki silahı var: tuş və göz yaşı. Təəssüf ki, onların ikisindən eyni vaxtda istifadə etmək mümkün deyil.
Kişilər, bir qayda olaraq, yataqda yaxşıdırlar: amma arvadlarının yox, məşuqələrinin yatağında.
Bütün kişilər bir bezin qırağıdırsa, seçim etmək elə də çətin olmur.
Əgər bir qadını güldürməyə müvəffəq olmusunuzsa, onunla istədiyinizi edə bilərsiniz.
Seks – təbiətin bir qanunudur. Və mən təbiətlə mübahisə etmək fikrində deyiləm.
Sevgisiz öpüş tüpürcək mübadiləsindən başqa bir şey deyil.
Mənim hər oyunumda bir qayda var – xoşuna gəlmirsə, xoş getdin.
Mən həmişə kiminsə arvadı olmaqdan qorxmuşam. Çünki həyat mənə öyrədib ki, bir insan heç vaxt ömrünün sonuna qədər eyni şəxsi sevə bilməz.
Hər bir qadın yadında saxlamalıdır ki, ona lazım olan kişi, ona ehtiyac duymayan kişidir.
Biz, gözəl qadınlar kişiləri qorxutmamaq üçün axmaq rolunda görünməliyik.
Bütün kişilər eynidir. Fərqli simalara sahib olmaları isə qadınların onları səhv salmaması üçündür.
Mən bilirəm ki, xoşbəxt ola bilməyəcəyəm. Amma çox şən yaşayacağımı bilirəm!
Əziz dostlar, bir gün mütləq eyni yataqda görüşəcəyik!
Yüzlərlə insanın arzuladığı qadın heç vaxt bir nəfərə məxsus ola bilməz.
İtlər heç vaxt məni dişləməyib, heyf ki, eyni sözü insanlar üçün deyə bilmirəm.
Məncə, hər şeyin səbəbi var. İnsanlar dəyişir ki, sən onları tərk etməyi öyrənəsən, hər şey pisləşir ki, işlər yolunda olanda onları qiymətləndirəsən, yalanlara inanırsan ki, özündən başqa heç kimə inanmamağı öyrənəsən.
Evlənməmişdən qabaq qadın kişini əlində saxlamaq üçün sevişməlidir, evlənəndən sonra isə sevişmək üçün əlində saxlamağı bacarmalıdır.
Kim deyir, gecələr yatmaq üçündür?
Əgər bəxtim gətirsə, bir gün insanların seksi niyə böyük bir problemə çevirdiyini anlayacağam. Seks problemi mənim üçün ayaqqabımın təmiz olub-olmaması qədər önəmsizdir.
Mənbə: Milli.Az