Hindistanın şimal-şərqindəki Varanasi hindlilərin yeddi müqəddəs şəhərindən biridir.ANS PRESS-in məlumatına görə, Qanq çayı sahilinə salınmış şəhərə hər il minlərlə hindu ölümü gözləmək üçün gəlir. Ölümdən sonra yandırılaraq küllərinin Qanq çayına buraxılacağına ümid edənlər ölüm və həyat arasındakı zamanını bu şəhərdəki bir oteldə keçirirlər.
Yalnız ölümü gözləyənlərə xidmət edən otelin fotolarını "Reuters" əməkdaşı çəkib. Bu fotolarda əks olunan görüntülər insanların son anlarını nümayiş etdirir.
Qanq çayı ilə Varansiyəyə çatmağa çalışan yüzlərlə hindu ölülərini burada qurulmuş xüsusi taxtalar üzərində yuyur. Hindular sonra dua edir və ölülərini yandırırlar. Hindu inancında ölünün yandırılması ruhun azadlaşması anlamına gəlir.
Ancaq yandırılması qadağan olan ölülər də var. Belə ki, hamilələr, körpələr, ilan sancması ilə ölənlər yandırılmır. Onlar parçalarla sarılaraq çaya buraxılır.
Mənbə: ANS PRESS