Demək olar hər 3 valideyndən biri uşağının kök olmasından nəinki narahat olmur hətta bunu sağlamlıq kimi qiymətləndirirlər. Lakin təəsüf ki, alimlərin son araşdırmaları bunun əksini iddia edir. ANS PRESS-inxəbərinə görə, mütəxəssislərin araşdırmalarından məlum olub ki, 31 faiz valideyn uşqlarının kök olmasına əla baxır və bunu uşağın sağlamlığına bir işarə kimi görürlər. 28 faiz valideyn isə ümumiyyətlə uşağın kök və ya arıq olmasını sağlamlıqla əlaqələndirmirlər.
Layihənin rəhbəri olan Kaliforniya Universitetinin dosent-pediatrı xanım Ken Ri bunun yaşanmasında həkimlərdə də günah görür. Belə ki, onun fikrincə əyər pediatr və ya məktəbin tibb bacısı kökəlməyə meylli və ya artıq çəkili uşaqlara diqqət yetirməyi ata-anaya tövsiyyə etmədikləri təqdirdə, valideyn üçün uşağın çəkisi ilə sağlamlığı arasında obyektiv olmaya bilər.
“Mən düşdünrəm ki, bunun səbəbi bir çox valideynin uşağın artıq çəkidə olmasına yaxşı münasibət bəsləməsidir. Onlar elə bilir uşaq böyüdükcə normallaşacaq”- deyə Ken Ri bildirir.
Bundan əlavə o daha bir maraqlı fikir bildirib ki, məsələn ABŞ-də ətrafda daha çox kök insanın olması valideynlərdə çəki barədə düşüncəni dəyişdirir. Onlar baş verə biləcək tibbi nəticələri düşünmədən uşağın artıq çəkisinə diqqət yetirmirlər.
5 - 20 yaş arası uşaqları olan 202 valideyn arasında keçirilən sorğuda məlum olub ki, övladların 94 faizi artıq çəkilidirlər. Uşaq yağlanması üzrə həkimlərin təyinatı ilə bu övladlar Rod-Aylend klinikasının müvafiq şöbələrinə köçürülüblər.
Valideynlər uşaqlarının bu problemi ilə necə mübarizə aparacaqlarını bilmədiklərini, sadəcə yemək rasionunda dəyişklik edib, yağsız və meyvələrə üstünlük edib və fast-fuddan imtina ilə kifayətlənirlər.
Valideynlərdən 62-i faizi çıxış yolunu yalnız bunda görsələr də, 41 faiz valideyn uşağın fiziki fəaalığını artırmaqda görürlər.