Böyük Britaniyada dünyanın ən yaşlı pişiyi ölüb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Polli" ləqəbli pişik 24 yaşında ölüb. "Ginnesin Rekordlar Kitabı"na düşən bu pişik infeksiyaya yoluxmuşdu. Pişiyin sahibi 43 yaşlı Ceki Uest pişiklərinin vəfatının onları çox kədərləndirdiyini və "Polli"ni həyətlərində basdırdıqlarını deyib.
Qeyd edək ki, "Polli"nin yerini hansı pişiyin tutacağı hələ məlum deyil.
Mənbə: Trend.Az