Boyu 2 metr, çəkisi isə 130 kiloqram olan model Amanda Sule pulu qeyri-adi yolla qazanır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, kişilər amerikalı modellə güləşmək üçün ona pul ödəyirlər.
Özünü amazonka adlandıran 38 yaşlı Amanda Sule uşaqlıqdan bütün yaşıdlarından fərqli olduğunu deyib: "Mən həmişə böyük ölçülərə sahib olduğum üçün töhmət almışam. Sanki lənətlənmişdim, amma zamanla bunun lənət yox, hədiyyə olduğunu anladım".
Mənbə: Trend.Az