Ramazan bayramı münasibətilə Neftçilər Xəstəxanası sakinləri pulsuz müayinə edəcək.
ANS PRESS-in məlumatına görə, Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının poliklinikası müqəddəs Ramazan bayramı münasibəti ilə iyulun 25-26-da “açıq qapı günü” keçirəcək.
Aksiya çərçivəsində poliklinikanın bütün həkim heyəti saat 8:00 – 16:00-dək ehtiyacı olan hər kəsə ödənişsiz tibbi xidmət göstərəcək
Mənbə: ANS PRESS