Qadin.NET / Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir

Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir

 

Gəncədə aparılan abadlıq quruculuq işləri çərçivəsində Respublikada ən böyük ticarət mərkəzlərdən biri olacaq "Gəncə ticarət mərkəzi" tikilir. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, ticarət mərkəzi əvvəllər "Dinamo” İdman Cəmiyyətinin yerləşdiyi yerdə, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində inşa edilir. 
Bina 7500 kvadratmetr ərazidə tikilir. Altı mərtəbədən ibarət olacaq tikilinin iki mərtəbəsi yerin altında olacaq ki, bura da avtomobillərin dayanacağı kimi istifadə ediləcək. Əsas məqsəd isə gələcəkdə ticarət mərkəzinə gələn, eləcə də şəhərin mərkəzində olan avtomobilləri burada yerləşdirməklə sıxlığın qarşısını almaqdı. Burada tikilinin 4 mərtəbəsi isə ticarət mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzin hər mərtəbəsinin sahəsi 7 min kvadratmetr olacaq binanın tez bir zamanda istifadəyə verilməsi nəzərdə tutulur. 

Mənbə: Milli.Az

 

25 iyul 2014
GO BACK