Qadin.NET / Bu da ən uzun iftar süfrəsi

Bu da ən uzun iftar süfrəsi

 

Bu da ən uzun iftar süfrəsi

Türkiyədə rekord uzunluqda iftar süfrəsi açılıb. ANS PRESS-in məlumatına görə, Türkiyədə Sivas şəhəri bələdiyyəsinin və yerli televiziyalardan birinin təşkilatçılığı ilə hazırlanan iftar mərasimi rekord göstərici ilə yadda qalıb. Belə ki, iftarda 20 min nəfər iştirak edib və iftar süfrəsi şəhərin məşhur İnönü bulvarı boyunca 1,5 km məsafədə uzanıb. "Minlərlə insan tək bir süfrə" şüarı ilə təşkil edilən proqramda minlərlə insan azanın oxunması ilə bir süfrə başında, eyni anda iftarlarını açıblar. İftardan sonra dua edən mərasim iştirakçıları dualarında Qəzzalıları da unutmayıblar və Allahdan onlara kömək diləyiblər. 

 

Mənbə: ANS PRESS

24 iyul 2014
GO BACK