Qadin.NET / Ana südü uşaqları bundan da qoruyur

Ana südü uşaqları bundan da qoruyur

 

Ana südünün körpə üçün nə qədər faydalı olduğu barədə çox eşitmişik. Uşağı gücləndirir, müxtəlif xəstəliklərdən qoruyur. Ancaq yeni araşdırmalar ana südünün insan psixikasına da müsbət təsirini ortaya çıxarıb. 

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, uşaqların döşdən qidalanması gələcəkdə ola biləcək hiperaktivlik və diqqət çatışmazlığı psixi pozğunluğundan xilas edir. Bu cür sindrom kifayət qədər geniş yayılmış neyroxəstəlikdir. Adətən uşaq yaşlarında aşkar olunur. 
Bu cür sindromu olan uşaqlar konsentrasiya ilə bağlı çətinliklər yaşayırlar. Bəzən sonunu düşünmədən davranışlar edirlər ki, bu da çox təhlükəli olur. 
Bu cür sindromun səbəbləri, hələ də, dəqiq bəlli deyil. Ancaq bir sıra alimlər əmindirlər ki, sindromun inkişafında genetik və perinatal faktorlar rol oynayır.

Mənbə: Milli.Az

 

24 iyul 2014
GO BACK