Qadin.NET / Kuril adaları yaxınlığında zəlzələ olub

Kuril adaları yaxınlığında zəlzələ olub

 

Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar  yerli vaxtla 18:01-də  Şikotan adasından 60 km cənub-şərqdə, 50 km dərinlikdə qeydə alınıb. 
Yerli FHN mərkəzinin məlumatına əsasən, regionun yaşayış məntəqələrində yeraltı təkanlar hiss olunmayıb. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.

Mənbə: Milli.Az

 

24 iyul 2014
GO BACK