Qadin.NET / Çinlilər 12 dollarlıq "ağıllı bilərzik" göstərdilər

Çinlilər 12 dollarlıq "ağıllı bilərzik" göstərdilər

 

Xiaomi şirkəti Mi 4 smartfonundan başqa, həmçinin Mi Band fitness bilərziyini nümayiş etdirib. Onun funksionallığı başqa istehsalçıların müvafiq qurğularına uyğun gəlir, amma yeni cihaz iki əsas özəlliyə (avtonom iş vaxtı və qiymət) malikdir.Milli.Az İCT nevs-a istinadən bildirir ki, Xiaomi Mi Band istifadəçinin fiziki aktivliyini izləyir, qət edilmiş addımların sayını hesablayır, həmçinin yuxu mərhələlərini müəyyən edir və ən müvafiq dövrdə insanı yuxudan oyada bilər. Bilərzik sukeçirməzdir və daxili Bluetooth 4.0 çipi vasitəsilə smartfonla məlumat mübadiləsi edir.Çin istehsalçısı əmin edib ki, Mi Band bilərziyi bir ay müddətində avtonom işləyəcək. Qiyməti 12 dollar təşkil edir.
Mənbə: Milli.Az

 

25 iyul 2014
GO BACK