Facebook şirkəti Oculus VR virtual reallıq eynəyi istehsalçısını 2 milyard dollara satın almaq üzrə saziş bağlayıb.Bizi əyləncəli birgə gələcək gözləyir. Biz yeni nəsil texnologiya platforması yaradaraq insanların kommunikasiya üsullarını dəyişdirəcəyik – Facebook və Oculus VR şirkətlərinin birgə xəbərində yazılıb. Oculus VR sərbəst şirkət kimi işləməyə davam edəcək.
Milli.Az ICT nevs-a istinadən bildirir ki, Oculus Rift virtual reallıq eynəyini hazırlayan Oculus VR şirkəti 2012-ci ildə təsis edilib. Qurğu yaradıcıları ilk öncə Kickstarter saytının köməyi ilə layihəyə maliyyə toplamağa qərar veriblər. Onlar şlemin hazırlanmasına 250 min dollar xahiş ediblər, ancaq nəticədə bu məbləğdən 10 dəfə daha çox toplayıblar.
Mənbə: Milli.Az