Qadin.NET / Oruc tutan adamın çox yatması düzgündürmü?

Oruc tutan adamın çox yatması düzgündürmü?

 

Oruc tutan adamın günün çox hissəsini yatması düzgündürmü? 
Milli.Az İslam. Az-a istinadən bildirir ki, orucun düzgün olması üçün zahiri ehkamına əməl edilməsi kifayətdir. Yəni gün ərzində orucu pozan əməllərə yol verilməsə, oruc düzgün sayılır. Orucu pozan əməllərə yatmaq aid deyil. Yəni oruclu şəxs gün ərzində nə qədər yatarsa eybi yoxdur. Hətta sübh azanını da yuxuda qarşılasa, amma bundan əvvəl oruc tutmağı niyyət etmişsə, yenə oruclu sayılır. Üstəlik, bəzi hədislərdə Peyğəmbərin belə buyurduğu bildirilir: “Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin”. Həmçinin, İmam Cəfər Sadiq (ə) buyurub: “Oruc tutan şəxsin yuxusu ibadət, sükutu təsbihdir, əməli qəbul olunmuş, duası yerinə yetirilmişdir”.
MənbəMilli.Az

 

25 iyul 2014
GO BACK