Qadin.NET / Dərman xərcləri artır

Dərman xərcləri artır

 

2014-cü ilin birinci yarısında əhali 137,2 milyon manatlıq dərman preparatı və tibbi ləvazimat alıb. Dərman xərcləri 2013-cü ilin eyni dövrü ilə müqayisədə 16,7% artıb. 
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) "Turan"a verilən məlumatda bildirilir. Pərakəndə satış strukturunda dərmanların payı 1,3%-dir. 
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyunda Azərbaycana bəyannamə qiyməti $116 milyon olan dərman idxal edilib. Qiymət ifadəsində idxal 4% azalıb. İdxal portfelində dərmanların payı ilk yarımildə 2,8% olub. 

Azərbaycanda səhiyyə dövlət büdcəsində subsidiyalaşdırılır: bir sıra dərman preparatları xəstələrə pulsuz verilir. 
DSK-nın məlumatına görə, dərman preparatlarının pərakəndə qiymətləri bu ilin yanvar-iyun aylarında 2013-cü ilin eyni dövrü ilə müqayisədə 0,2% azalıb. 
Yerli dərman istehsalı cüzidir: ilin birinci yarısında 2 milyon 179,3 min manatlıq dərman istehsal edilib. Bu, 2013-cü ilin eyni dövründəkindən 4,3% azdır.
Mənbə: EKSPRESS.Az

 

24 iyul 2014
GO BACK