Qadin.NET / Ərdoğan Obama ilə danışmır

Ərdoğan Obama ilə danışmır

Ərdoğan Obama ilə danışmır
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ilə əlaqəsini kəsdiyi bəlli olub. ANS TV-nin məlumatına görə, Türkiyənin ATV telekanlına müsahibəsində Ərdoğan Barak Obama ilə daha danışmadığını deyib. Türkiyənin baş naziri Türkiyə ilə Amerika arasındakı münasibətləri şərh edərkən əlavə edib ki, Amerikanın Suriya məsələsində geri addım atması onu məyus edib. Rəsmi Vaşinqtonun bu addımı Ankaraya qarşı xəyanət kimi də şərh olunur. Obama ilə Ərdoğan arasında sonuncu dəfə telefon danışıq fevral ayının 20-si olub. Amerikanın Suriya məsələsində geriyə addım atması isə göz qabağındadır. Əvvəl Suriya müxalifəti dəstəklənsə də sonra meydan terrorçulara qaldı.

Bir sözlə Suriya məsələsində elə suriyalılar və Suriya dövləti geri düşdü.

Mənbə: ANS PRESS

23 iyul 2014
GO BACK