Qadin.NET / Normal yuxu orucu asanlaşdırır

Normal yuxu orucu asanlaşdırır

 

Sahura qalxan şəxslərin gün ərzində ehtiyacı olan yuxunu alması üçün erkən saatda yatması məsləhətdir.
Milli.Az aktual.az-a istinadən bildirir ki, nevrologiya və yuxu pozuqluqları mütəxəssisi doktor Turan Atay sağlamlıq üçün nizamlı yuxunun əhəmiyyətli olduğunu deyib. 
Ramazanda sahura qalxan adamın yuxusunun minimum bir saat bölündüyünü, amma bunun gündə kompensasiya edilə biləcəyini ifadə edən Atay, yaşlıların günortadan sonra yarım saat yatmalarını tövsiyə etdi: "Təsadüfi oruc tuta bilmək üçün nizamlı yuxu vacibdir. Sahura qalxanların yuxusu bölünür. Bunu kompensasiya etmək işləyənlər üçün çətindir. İş sonrasında iftara qədər yatmağı da təklif etmirik. Axşam üstü yatan adam gecə yatmaya bilər. İşləyən adamlara erkən yatmağı tövsiyə edirik. Ən azı 6- 7 saat yuxu yata bilmək üçün yatma saatı bir, iki saat önə çəkə bilərsiniz. Nizamlı yuxu orucu asanlaşdırır".
Mənbə: Milli.Az

 

23 iyul 2014
GO BACK