Qadin.NET / Hava haqqında

Hava haqqında

 

İyulun 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 20-25°, gündüz 30-35° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında 
hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 18-23°, gündüz 33-38° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 11-16°, gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 16-21°, gündüz 31-36° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 15-20°, gündüz 28-33° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir. 

Mənbə: Milli.Az

 

23 iyul 2014
GO BACK