Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanınin nəticələrini açıqlayıb.
Komissiyadan Trend-ə verilən məlumata görə, imtahan nəticələri qurumun saytında yerləşdirilib.
Abituriyentlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə SMS göndərməklə də öz nəticələri ilə tanış ola bilərlər.
Mənbə: Trend.Az