Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının toplantısında vida nitqi söyləyib. ANS PRESS-in məlumatına görə, Ərdoğan çıxışı zamanı toplantı iştirakçıları göz yaşlarına hakim ola bilməyib.Ərdoğan vida nitqində deyib: “Bu gün bu kürsüyə vida edərkən gözümün arxada qalmadığını bilməyinizi istəyirəm. Millətim məni seçərsə, buradan yenidən sizlərə xitab edəcəm. Əlbəttə başqa kürsülərdə görüşlərimiz davam edəcək. Bilmədən qəlbini qırdığımız, üzdüyümüz qardaşlarımız varsa, onlardan haqlarını halal etmələrini istəyirəm”.Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan gələn ay Türkiyədə keçiriləcək president seçkilərinə namizədliyini irəli sürdüyünə görə, baş nazir postundan istefa verəcək.
Mənbə: ANS PRESS