Sabah Ağdamın işğal günü qeyd ediləcək. Ağdam rayon İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, sabah Ağdamın işğalının 21-ci ildönümü münasibətilə Bakı şəhərində Şəhidlər Xiyabanında anım mərasimi keçiriləcək.
Mərasim saat 08:30 keçiriləcək. Anım mərasimində Ağdam rayon İcra hakimi, ictimaiyyət nümayəndələri, millət vəkilləri iştirak edəcək.
Gəlin Ağdamı birgə anaq!
Mənbə: ANS PRESS