İnsanın ölüm anında peşman olduğu 5 məqam açıqlanıb.
ANS PRESS-in məlumatına görə, illər boyu evlərində ölümü gözləyən xəstələrə baxan avstraliyalı tibb bacısı Bronnie Vare bu barədə kitab yazmağa qərar verib. Tibb bacısı xəstələrə "Ən böyük peşmanlığın nədir?", -deyə sual ünvanlayıb.
Tibb bacısı qocaların ölümdən əvvəlki son cavablarını kitabında qeyd edib.
Onun mülahizələrinə görə, insanın ölüm anında peşman olduğu 5 səbəb bunlardır:
1."Kaş ki başqalarının məndən gözlədiyi həyatı yaşamaq yerinə xəyallarımı reallaşdırmaq cəsarətim olardı".
2. "Kaş bu qədər çox çalışmayaydım".
3. "Kaş duyğularımı dilə gətirməyə cəsarətim olaydı".
4. "Kaş ki, dostlarımla əlaqəmi davam etdirsəydim".
5. "Kaş ki, özümə daha çox xoşbəxt olmaq üçün icazə versəydim".