Qadin.NET / Ramazan ayının bayram namazının qılınacağı tarixi açıqlandı

Ramazan ayının bayram namazının qılınacağı tarixi açıqlandı

 

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının bayram namazının qılınacağı tarixi açıqlayıb

 

QMİ-nin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, bu il mübarək Ramazan ayının bayram namazı iyulun 29-da Təzəpir məscidində saat 9:00-da, Əjdərbəy məscidində isə saat 8.00-da qılınacaq.
QMİ bəyan edir ki, iyulun 28-i bayram axşamıdır.
Qeyd edək ki, hər iki gün Azərbaycan hökuməti tərəfindən rəsmən bayram günləri elan edilib və qeyri-iş günüdür.
Allah oruc və namazlarınızı qəbul etsin!

Mənbə: Milli.Az

22 iyul 2014
GO BACK