Amerika sosial şəbəkəsi olan Facebook xəbərlərin və videogörüntülərin daha sonra baxılmasını təmin etmək üçün yeni “yadda saxla” (Save) düyməsini təqdim edib. “Hər gün insanlar sosial şəbəkələrdə maraqlı materiallar tapır, lakin bunlara baxmaq üçün lazım olan vaxta həmişə sahib olmurlar – deyə şirkətin xəbərində bildirilir. – Artıq siz Facebook üzərində tapdığınız bütün sizə maraqlı gələn xəbər və görüntüləri daha sonra, sizə uyğun vaxtda baxmaq üçün saxlaya bilərsiz”.
ANS PRESS-in məlumatına görə, yeni düymə telefonlarda olan Android və İOS platformaları da daxil olmaq bütün daşıyıcılarda istifadə edilə biləcək. Yeni düymə məşhur “Like”düyməsinin yanında yerləşdiriləcək.
Sosial şəbəkədən bildiriblər ki, artıq bir neçə gündən sonra bütün istifadəçilər yeni xidmətdən yararlana biləcəklər.