Qadin.NET / Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

 

Bu rayonlarda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 12:00-dək Lənkəran, saat 13:00-dan 15:00-dək Astara və Qax, saat 18:00-dək isə Şamaxı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.Qazın verilişində məhdudiyyətlərin yaranması qaz nəqli sistemində təmir işlərinin aparılması, ölçü qovşaqlarında quraşdırılmış diafraqmaların dəyişdirilməsi və daraldıcı qurğuların təftiş olunması ilə əlaqədardır.

Mənbə: ANS PRESS

 

22 iyul 2014
GO BACK